TURUL...

TURUL...

Sunday, March 28, 2010

Bir macarın gözüylə... AZƏRBAYCAN

Bugün bir axtarış apardıq dostlarımla. Ölkənin 3 böyük şəhərinə yayıldıq: Budapeşt, Debreçen və Miskolc... Təqribən 1000 nəfər adama bir neçə sual verdik: AZƏRBAYCANI TANIYIRSINIZ? AZƏRBAYCAN HAQDA HİSSLƏRİNİZ NƏDİR?
Mən Budapeştdə idim. Saydığıma görə 79 adamla müsahibə apardım. Nəticə:
AZƏRBAYCANI...
1.TANIYIRAM - 52
2.TANIMIRAM - 27

Müsahibim 67 yaşlı Sandor Layosz ilə söhbətim maraqlı alındı. Not aldıqlarımdan:
"Azərbaycandan çox adam tanımıram. Lakin getmişəm bir dəfə. Mən Szabolcs Nyitray`ın kitabını oxuduqdan sonra Azərbaycana qarşı maraq hisslərim doğmuşdu."
"Qarabağ problemi haqda nə düşünürsünüz?"
"Məncə Qarabağ problemini həll etməkdə Azərbaycan əlinə düşən fürsətlərdən istifadə etmir. Düzdür mən də siyasətçi deyiləm və belə işlərdən başım çıxmaz."
"Bəs ümumiyyətlə "Turanizmus" hərəkatı haqda nə deyə bilərsiniz?"
"Siz macar deyilsiniz?"
"Atamın yerinə soruşuram.."
""Turanizmus" vaxtında bizə çox şey qazandıra bilərdi , özəlliklə də Trianon sülhündən sonrakı zamanda lazım ola bilərdi. Ancaq halhazırda populyarlığını itirib. Artıq Turanizmus bir növ Macar milliyətçiliyi olub."
Buradan sonra əlim yoruldu və yazmadım...

Ümumi nəticələr:

1237 adam AZƏRBAYCANI:
Tanımır - 378 nəfər
Tanıyır - 859 nəfər

Tanımağın səbəbi:
Azərbaycanda yaşayan qohum var - 245
Sovet dövründə Azərbaycanlı partizanlar vasitəsi ilə - 15 (çoxu 80+ yaşdadır)
Məktəbdə Coğrafiya dərsində - 782
Ramil Səfərov - 210

Qarabağ məxsusdur:
Azərbaycana - 689
Ermənistana - 157
Öz statusunu təyin etməlidir - 13

Azərbaycanlılar:
Türkdür - 760
Qafqazlıdır - 256
İranlıdır - 221
Bilmirəm - 13

Saturday, March 27, 2010

Azərbaycanda Türkçülük... Yoxsa Zərdüştçülük?

Son zamanlar Azərbaycanda Türkçülük hərəkatı geniş miqyas alıb. Millətçilik adətən bir kütlənin bütün dünyaya qapalı qalmasına (müəyyən miqdarda qlobalizmə qatılmaması) gətirib çıxarır. Bunu isə müəyyən amillər doğurur. Bəs görəsən niyəAzərbaycanda Türkçülük əsasəsən DİN üzərinə qurulub? Bu da hərəkatı müxtəlif qollara bölür:
1.Azərbaycançılıq.
2.Türküstançılıq (və ya Türkçülük)
3.Turançılıq (mənim adlandırdığım kimi, TURANİZMUS)
Hərəsinin özünə məxsus spesifik cəhəti var. Azərbaycançılar adətən BÜTÖV AZƏRBAYCAN prinsipi ilə hərəkət edir. Çox nadir hallarda Orta Asiya dövlətlərinə simpatiya bəsləyirlər.Bu tip ideologiyalı insanlar kifayət qədər vətənpərvər olur.
Türkçülər olaya daha geniş eynəklərlə baxır və BÖYÜK TÜRKÜSTAN ideallarını məqsəd qoyur. Bu ideologiyalı insanlar Qazax,Qırğız,Uyğur kimi xalqları özünə qardaş hesab edir.
Turançılar olaya lap geniş,tarixi aspektlərlə yanaşır. Beləki onların ideologiyası artıq BÖYÜK TURAN olur. Bu ideal içinəAltay-Ural dillərində danışan bütün insanları alır. Bu tipli insanlar əsasən 2ci dünya müharibəsindən sonra ortaya çıxıb...

Əsas məsələ... ZƏRDÜŞT`ün bura nə dəxli?
Bilindiyi kimi "ODLAR YURDU"na həddən artıq bağlı olanlar, buranın daşına da torpağına da sevgi və hörmət bəsləyir... Atəşgahlara da həmçinin... Get gedə bu fikir artıq ZƏRDÜŞTçülüyə çevrilir... Atəşpərəstliyə böyük simpatiya yaranır...
Digər tərəfdə özəlliklə Turançıların müdafiə etdiyi "qədim babaların" dini - GÖY TANRI dinini müdafiə edənlər durur....
Bir tərəfdə də Türk-İslam sintezi aparanlar var, o məsələ kifayət qədər məlumdur...

Nəticədə milliyətçilik qollara ayrılır, və bunun (MİLLİYƏTÇİLİK) sözünün mənası qalmır...
DİN həmişə milli hisslərə müdaxilə edən bir şey olub... Artıq olmamalıdır!!! Hamı bilməlidir ki, sabah-birisigün müharibədə xristianı da,müsəlmanı da,musəvisi də,ateisti dəeyni düşmənə qarşı çiyin-çiyinə vuruşacaq...

DİN BİZİ BÖLMƏSİN!!!

YENİ BLOQ...

İlk öncə əsənliklər diləyirəm sayta daxil olan hərkəsə! Bloqda əsasən Türk dünyası (xüsusilə Azərbaycana aid olan) haqda mədəni yazılar yazılacaq...

Hörmətlə... KHAN TANGRA!