TURUL...

TURUL...

Saturday, April 24, 2010

ÖAS tayfası

Bəzi ağ Cənubi Afrikalılar qar bir hüquq müdafiəçisini öldürdülər,bu yanlış idi, onu gərək qara olduğu üçün yox hüquqçu olduğu üçün öldürəydilər - A.Whitney Brown


Son zamanlarda ölkəmizdə 5 yol cığır açıb irəliləməkdədir.
1.Millətçilik
2.Dinçilik
3.Humanizm
4.Qorxaqlıq
5.Özünü ağıllı sanmaq

Bizim yazımız birincilər və axırıncılar haqqında olacaq. Azərbaycanın keçmişi əsasən rus işğalı ilə keçib... Və bəzi ÖAS tayfası bunun daha xeyirli olduğunu deyirlər, əlbəttə kiminsə köləsi olaraq yaşamaq kimlərə görəsə xeyirli ola bilər,bu ayrı,lakin bu bəzilər bütün Azərbaycan millətinə yol göstərmək hüququna da malik deyil. ÖAS tayfasının xarakterik özəllikləri:
1.Mən ağıllıyam
2.O birisilər axmaq
3.Mən yenilikçiyəm
4.Biz ümumiyyətlə kimik ki? Ömür boyu kölə olmuşuq,niyə olmayaq yenə?

ÖAS tayfası adətən köhnə "baba"lara sevgi ilə yaşayır. Hitlerlərə,Stalinlərə,Leninlərə,Markslara,Çörçillərə...Ancaq bilsəydilər ki,"baba"lar onların bütün nəslini minib-çapıb... Əslində bilirlər,sadəcə çapılmaq xoşlarına gedir... Elm,təhsil deyirlər, əzbərçilik təhsil olubsa mən təhsil almamışam... Qardaşlıq,bərabərlik deyirlər (humanistlərdə də bu var) inanın bu bərabərlik boş yuxudur, belə bərabərlik sevəndirlərsə gərək anadangəlmə şikəstlərə sağalmağa kömək etsinlər,kasıb-kusuba pul versinlər ki, bərabər olsunlar! Bizdən danışanda İngilis köləsi deyirlər,bütün hər şeyi ingilislərdən götürmüsünüz deyirlər. Məgər Engels və Marks Azərbaycanlı idi? Yaxud götürək Lenini, o da bəlkə bizim millətdən idi?

Ah ÖASlar,ah!

Friday, April 2, 2010

Yeni facebook qrupumuz!



Yeni qrupumuza axtarış bölməsinə Turanizmus - Azərbaycan yazmaqla və ya BURADAKI linkə daxil olmaqla qatıla bilərsiniz...