TURUL...

TURUL...

Friday, June 25, 2010

NİHAL ATSIZ HAQQINDA BİR MACARIN GÖRÜŞÜ...

NİHAL ATSIZ...!

TARİXİ TURANLI-HUN-TÜRK-MACAR MİLLƏTİNİN
ƏBƏDİ OLARAQ YAŞAYACAQ QARDAŞI!...

Vətənsiz bir Macar mühaciri olaraq, dövlət başçısının da imzalamış olduğu hökumət fərmanı lazımınca Türkiyəyə gəldiyimdə; N. ATSIZ qardaşıma xəbər vermədən və şəxsən tanımaq məqsədi ilə özünü ziyarətə getdim. Hun-türk-Macar qardaşlığı haqqında müxtəlif qəzet və məcmuələrdə çıxan məqalələrimi oxumuş olması səbəbindən məni öz qardaşı kimi açıq qollarla qəbul etdi.

N.ATSIZin yanında özümü tək qardaş Türkiyədə deyil; eyni zamanda öz vətənimdə və ilıq qanım qədər öz bir qardaş nəzdində imişəm kimi hiss etdim. Gecənin gex saatlarına qədər qarşılıqlı görüşdük və bu vəsilə ilə özünün köhnə çağlar tarixindəki dərin məlumatına heyran oldum ki, bunu əsla unutmayacağam.
Daha sonraları isə mərhum həyat yoldaşım ilə birlikdə müxtəlif vəsilələrlə ziyarətinə getmişdik. Lisey müəllimi olan həyat yoldaşım çox utancaq yaradılışda olmasına baxmayaraq,N.ATSIZin yanında, mənim kimi o da özünü özünü qardaşın evində hiss etdi. Gecənin gec saatlarında vidalaşarkən bağçaya çıxıb, Macar Milli rəngləri olan qırmızı-ağ-yaşıl rənglərdən bir çiçək dəstəsi hazırlamış, qardaş Macar ANASINA gözləri yaşayararaq hədiyyə etmək surətiylə də Turanlı Ruh Mədəniyyətini ortaya qoymuşdu!

Təklifim üzərinə, 1910 ilində qurulan və hələ də Argentinada, Buenos Airesdə olan Turan Akademiyasında əbədi üzvlük beratını aldı.
N.Atsız, böyük məlumatın və tarixçi olaraq təqdir olaraq nə aldı? Nobel mükafatımı? Fəxri doktorluq ünvanı mı? Və ya fəxri universitet professorluğumu və ya bununla əlaqədar işlərmi?
Xeyr! . .Ona həbsxananın rütubətli otağı layiq görüldü! . N.Atsız, tarixi həqiqəti yazma cəsarətini göstərdiyindən həbsə atıldı. Həbs edilməsi səbəbiylə Turan Akademiyası, əfvi üçün müraciət etdi. Nəhayət gec də olsa bağışlanıldı; ancaq artıq ruhən və bədənlə çökmüşdü. Bunun nəticəsində ürək probleminə görə öldü...

Bir tək tarixi hun-türk-Macar qardaşı qalsa da,N.ATSIZın Turanlı İncə Ruh Mədəniyyəti, təhsili və tarixlə əlaqədar elmi işləri, müasir turanlı-hun-türk-Macar Tarixinin səhnəsində əbədi olaraq yaşayacaq!


Professor İmre von TAHNT
Macar Kraliyyət Hərbi Akademiyası
Sabiq Ordinarius Professoru
Macar ''ARPAD'' ,Filoloji Akademiyası və Turan Akademiyası
Əsl Üzvü və Baş Müşaviri