TURUL...

TURUL...

Thursday, May 6, 2010

İki "T" faciəsi




Azərbaycanlı millətçi gənclərlə danışanda onların dilindən həmişə "GÜNEY" sözünü eşitməyə alışmışıq. İlk dinləyən Azərbaycanın əvvəlki ərazisini təsəvvür edə bilir. Lakin Azərbaycan təkcə GÜNEY və QUZEYdən ibarət deyil. Tarixə baxaq və Tarixi Azərbaycanın Dərbənd,Borçalı,İrəvan,Kərkükü də əhatə etdiyini görək.Bunlar sırasıyla Gülüstan və Türkmənçay faicələrinin nəticəsidir. Lakin siz digər "Türkmənçay" haqda eşitmisiniz?

TRİANON!!!
Bu MACARISTANın Türkmənçayıdır... 1920ci ildə Avstriya-Macarıstan imperiyası parçalanandan sonra, nədənsə Qərb ölkələri illər boyu Macarlara zülm etmiş, həmçinin Almaniyanın əlaltısı olan Avstriyanı görməzdən gələrək bütün günahı Macarların üstünə yıxdı.
Bu andlaşma ilə Macarıstan, torpaqlarının və əhalisinin "2/3"sini itirdi: Bu razılaşma ilə 2 milyona yaxın Macar, ölkə sərhədlərinin xaricində qaldı.
Slovakiya, Ruthenianın Karpat Dağları altında qalan bölgəni (bu gün Zakarpatskaya adıyla Ukraynanın bir rayonu), Pressburg (Bratislava) və bəzi kiçik yerlər Çekoslovakiyaya verildi.
Qərbi Macarıstan (Sopron xaric Burgenlandın çoxu) Avstriyaya verildi.
Xorvatstan (Medimurje daxil), Sloveniya (Prekomurje daxil), Voyvodina və Banatın bir qismi Serb-Xorvat-Sloven Krallığına (Yuqoslaviyaya) verildi.
Banatın böyük qismi və Transilvaniya Rumıniyaya verildi.
Fiume İtaliyaya verildi.
Slovakiyanın şimalındakı bir neçə kənd Polşaya verildi.

TRİANON VƏ TÜRKMƏNÇAY BU BİZİM ORTAQ FACİƏMİZDİR!

No comments:

Post a Comment